Şirvan şəhərində vergi ödəyiciləri ilə növbəti maarifləndirici görüş keçirilib. Görüş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələrini əhatə edib.Tədbirdə yeni qeydiyyatdan keçmiş və fəaliyyəti bərpa olunmuş sahibkarlar iştirak ediblər. Görüş zamanı vergi ödəyicilərinin hüquq və vəzifələri, vergitutma məqsədləri üçün uçotun aparılması, bəyannamələrin düzgün hazırlanması və vaxtında təqdim edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.Eyni zamanda iştirakçılara muzdlu işlə bağlı ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə, sadələşdirilmiş vergi bəyannaməsinin öncədən doldurulması (“prefiling”) elektron xidməti və elektron kabinetdən istifadə imkanları izah olunub.Sahibkarları maraqlandıran inzibatçılıq məsələləri ilə bağlı suallar cavablandırılıb, irəli sürülən təkliflər qeydə alınıb. Qeyd olunub ki, bu cür görüşlərin digər regionlarda da təşkili planlaşdırılır.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir