Şirvan şəhəri, Elçin İmanov adına 10 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş təşkil olunub. Tədbirdə şəhid ailələri, şəhər təhsil sektorunun müdiri Varis Qasımlı, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şöbəsinin rəisi Mehman Qasımov, şəhər prokuroru Kamal Talıbov, polis polkovniki Seymur Əfəndiyev, Vətən müharibəsi iştirakçıları, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər narkomaniyanın gənclərin sağlamlığına və gələcəyinə ciddi təhlükə yaratdığını qeyd edərək, şagirdləri sağlam həyat tərzinə üstünlük verməyə çağırıblar. Görüşdə iştirakçılara narkotik vasitələrin zərərləri, bu təhlükədən qorunma yolları barədə məlumat verilib, şagirdlərin sualları cavablandırılıb.
Tədbirin sonunda vurğulanıb ki, narkomaniyaya qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyət düşür və ən güclü silah maariflənmədir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin