“Atletiko Madrid”in baş məşqçisi Diego Simeone, UEFA Çempionlar Liqasında sabah “Inter” ilə qarşılaşacaqları oyun qabağı mətbuata açıqlama verib.
Argentinalı mütəxəssis, 1997-1999-cu illərdə futbolçu kimi oynadığı “Inter”in gələcəkdə baş məşqçisi ola biləcəyini bildirib:
“Baş məşqçi kimi bir gün “Inter”in baş məşqçisi ola biləcəyimi düşünürəm,” deyə Simeone söyləyib.
Sezonun əvvəlində La Liqada çətinlik yaşayan “Atletiko Madrid” , son 8 oyunda 7 qələbə və 1 heç-heçə ilə toparlanıb.
Son 12 matçda yalnız 1 məğlubiyyət alan Madrid komandası, “Inter” üzərində qələbə ilə Çempionlar Liqasında 9 xala çatmağı hədəfləyir və 7-ci turda “”Qalatasaray” ilə eyni xal sayına sahib olacaq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

