Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Şimali Koreyanın xarici işlər naziri Çoe Son Hui həmkarı Vanq Yinin dəvəti ilə 27–30 sentyabr tarixlərində Pekinə rəsmi səfər edəcək.

Yenifikir.media bildirir ki, Çoe sentyabrın əvvəlində Şimali Koreya lideri Kim Çen Inun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Çində keçirilən böyük hərbi paradda iştirak etmişdi. Beləliklə, o, bir ay ərzində ikinci dəfə Çini ziyarət etmiş olacaq.

2022-ci ildə vəzifəyə təyin olunan Çoe, Şimali Koreyada yüksək vəzifə tutan azsaylı qadın siyasətçilərdən biri kimi diqqət çəkir. O, əvvəllər Kim Çen Inun digər dünya liderləri ilə keçirdiyi mühüm görüşlərdə də iştirak etmiş, xüsusilə ABŞ-ın sabiq prezidenti Donald Tramp ilə keçirilən sammitlərdə ön plana çıxmışdı.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir