Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Baş naziri Ünal Üstel, Cənubi Kipr ilə Livan arasında imzalanan MEB sazişinə sərt reaksiya verib. O deyib ki, “Bu sazişi qəbul etmirik və tanımırıq.”
Üstel bildirib ki, GKRY-nin birtərəfli addımları adadakı tarazlığı poza bilməz və ŞKTC Türkiyə ilə birlikdədir. O əlavə edib: “Əgər bu addımlar təhlükə yaratsa, xalqımızı və haqlarımızı qorumaq üçün hərəkət edəcəyik.”
Baş nazir vurğulayıb ki, Kipr artıq tək tərəfli qərarlarla idarə oluna bilməz və ŞKTC öz haqlarını qoruyacaq.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

