Narkotiklə bağlı istintaq çərçivəsində həbs qərarı olan məşhur aparıcı və bloqqer Şeyma Subaşı sərbəst buraxılıb. Qeyd edək ki, dünən ABŞ-dan Türkiyəyə qayıdan Subaşı İstanbul Hava Limanında polis tərəfindən saxlanılıb. Onun qan və saç nümunələri götürülərək narkotik testi üçün ekspertizaya göndərilmişdi. Bu gün ifadəsi alınan Şeyma Subaşı, ölkə xaricinə çıxışı qadağan olunmaq şərti ilə sərbəst buraxılıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

