Dövlətə qarşı çağırışlarla bağlı aparılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. İş üzrə adı hallanan Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov və Beydulla Manafov barəsində yekun qərar verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən son iclasda məhkəmə qiyabi hökm çıxarıb. Qərara əsasən, hər üç şəxs uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Belə ki, Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun hər biri 8 il müddətinə həbs cəzası alıb. Məhkəmə onların dövlət əleyhinə yönələn çağırışlarda iştirakını sübuta yetirilmiş hesab edib.
Qeyd olunur ki, hökm təqsirləndirilən şəxslərin məhkəmədə iştirak etməməsi səbəbindən qiyabi qaydada elan edilib.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir