Sberbank rəhbəri Herman Qrefin Rusiya prezidenti Vladimir Putinlə görüşdə “ağıllı” üzük taxması xarici mətbuatda xeyli marağa səbəb olub. Beləki üzük istifadəçinin yuxu, stress və fiziki aktivliyini izləyir. Üzüyün çəkisi 5 qramdır, və yeddi gün işləyə bilir.
Qeyd edək ki, Herman Qref görüşdə Putinə “Vjuh” texnologiyasını da təqdim edib. Bu sistemlə Rusiya vətəndaşları alış-verişlərini gülümsəməklə ödəyə bilirlər. Hazırda ölkədə 1,3 milyon biometrik ödəniş terminalı fəaliyyət göstərir.
Yenifikir.media xarici mətbuata istinadən bildirir ki, Putin Sberbankın illik göstəricilərini müsbət qiymətləndirib. Herman Qref risklərin tam nəzarətdə olduğunu deyib və bankın gələn il gəlirini 6% artıracağını bildirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

