YSon dövrlərdə bəzi qeyri-hökumət təşkilatlarının (QHT) qanunvericiliyin tələblərini pozaraq öz adlarından bir çox şəxsləri müxtəlif “orden” və “medallar”la təltif etməsi hallarına rast gəlirik. Bu cür fəaliyyət nəinki qanunvericiliyin tələblərinə ziddir, həm də ictimai etimadı sarsıdır, vətəndaşların aldadılmasına gətirib çıxarır və hüquqi məsuliyyət yaradır.

Bu cür təltiflər dövlət tərəfindən rəsmi şəkildə verilmədiyinə görə onların hər hansı hüquqi əsası da yoxdur və cəmiyyət arasında çaşqınlığa səbəb olur. Müşahidlər göstərir ki, daha çox həssas təbəqə, xüsusilə də şəhid ailələri və müharibə iştirakçıları saxta orden və medal təltifçilərinin əsas hədəfidir. Onlar daha çox şəhidlərlə bağlı tədbirlərdə saxta orden-medalları təqdim etməyə, bununla da özlərini reklam etməyə çalışırlar. Hətta qardaşım şəhid mayor Vüsal Vəliyev haqqında yazdığım kitabın təqdimat mərasimində hansısa bir QHT rəhbəri kimisə belə saxta medalla təltif etmək istəyirdi. Mən ona mane oldum və buna şərait yaratmadım.

Azərbaycan Respublikasında orden və medallar yalnız ölkə Prezidentinin sərəncamı ilə verilir və bu təltiflər dövlətin ali dəyər verdiyi xidmətləri qiymətləndirmək məqsədi daşıyır. Dövlət təltifləri haqqında qanunvericilikdə onların hansı hallarda kimlərə veriləcəyi dəqiq şəkildə müəyyən olunub.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlətin rəmzlərini və atributlarını saxtalaşdırmaq, yaxud qanunsuz istifadə etmək hüquq pozuntusu sayılır. Bəzi QHT-lərin dövlətin təltif sisteminə bənzər formada “orden və medal”lar hazırladaraq kimlərisə təltif etməsi halları Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət yaradır.

Bəzi QHT-lərin aldadıcı məqsədlə, özlərinin reklamı üçün verilən belə “təltiflər”i cəmiyyət arasında dövlət təltiflərinə olan etimadı azaldır, insanların bu cür fərqləndirmələrə olan inamını zəiflədir və ictimai qarışıqlıq yaradır.

QHT-lərin hüquq çərçivəsində hərəkət etməsi vacibdir. Dövlət orqanları gələcəkdə belə halların baş verməməsi üçün nəzarəti gücləndirməli, ictimaiyyət isə belə saxta təltiflərə qarşı maarifləndirilməlidir. 

Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı, ictimai fəal, Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir