Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı rayonun icra başçısı İslam Rzayev və bir neçə vəzifəli şəxs saxlanılıb.

Korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı aparılan əməliyyat çərçivəsində icra başçısı İslam Rzayev haqqında maraqlı məlumatlar da üzə çıxıb. Məlum olub ki, Maliyyə nazirinin müşaviri Elman Mehdiyev onun bacısı oğludur, Suraxanı Rayon Məhkəməsinin hakimi Fəridə Rzayeva isə İslam Rzayevin qızıdır.

Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinə hakim təyin olunmazdan əvvəl vəkillik fəaliyyəti ilə məşğul olub.

Elman Mehdiyev isə hazırkı vəzifəsinə təyin edilməzdən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) rəhbərlik edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir