Samsunspor UEFA Konfrans Liqasının 3-cü turundan sonra liderliyə yüksəlib. Komanda 7 qolla turnirin ən çox qol vuran 5 klubundan biri olub və AEK Larnaka ilə birlikdə qapısından qol buraxmayan iki komandadan biridir. Keçən mövsüm Super Liqanı 3-cü pillədə bitirərək 27 ildən sonra Avropaya qayıdan Samsunspor, ardıcıl üç oyunda qalib gəlib. Komanda “Legia Varşava”nı 1:0, “Dinamo Kiyev”i və “Hamrun Spartans”ı isə 3:0 hesabı ilə məğlub edib.

Samsunspor hazırda turnirdə məğlub olmayan üç komandadan biridir və qrup lideridir. Komanda növbəti mərhələyə birbaşa vəsiqə qazanmaq üçün ilk 8-likdə yer almağı hədəfləyir.

Qırmızı-ağlılar həm Super Liqada, həm də Avropada son 10 oyunda məğlub olmayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir