Dekabrın 17-də Milli Məclisin sədri Sahibə Qafarova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüşüb.Spiker nümayəndəliyin rəhbərini diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri, 2025-ci ildə müşahidə olunan müsbət dinamikalar və qarşılıqlı səfər və görüşlər müzakirə olunub. Sahibə Qafarova həmçinin Azərbaycan–Ermənistan sülh prosesi və parlamentlərarası etimad tədbirləri barədə məlumat verib, “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik”də narahatlıq doğuran məqamlara toxunub.

Mariyana Kuyundziç isə Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan nailiyyətləri tarixi hadisə kimi qiymətləndirib və bunun region, qitə və dünya üçün əhəmiyyətini vurğulayıb.

Görüş zamanı həmçinin enerji, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrinə də toxunaraq, regiondakı real vəziyyətin və sülh prosesindəki nailiyyətlərin bu qətnamələrin qərəzli olduğunu göstərdiyini qeyd edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir