Pakistanın baş naziri Şahbaz Şərif, Rusiya prezidenti Vladimir Putinin noyabrda Moskvada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının iclasına qatılmaq dəvətinə cavab verib. Bu barədə yerli mətbuat xəbər verib.
Putin Şahbaz Şərifə müraciət edərək deyib:
“Hörmətli cənab baş nazir, Rusiyada hökumət başçıları səviyyəsində ŞƏT çərçivəsində tədbir nəzərdə tutulub. Əgər vaxt tapa və bunu mümkün hesab etsəniz, sizi Moskvada görməyə məmnun olarıq.”
Şərif isə rus dilində həmkarına cavab verib: “Təşəkkür edirəm, bu çox gözəldir.”
Yenifikir.media bildirir ki, bundan əvvəl Pekində Putinlə Şərif arasında ikitərəfli danışıqlar baş tutub. Görüşün əvvəlində Rusiya prezidenti qeyd edib ki, Moskva Pakistanla münasibətləri yüksək qiymətləndirir və əməkdaşlığın inkişafına hazırdır. Öz növbəsində, baş nazir Şərif də İslamabadın Rusiya ilə ikitərəfli əlaqələri möhkəmləndirmək niyyətində olduğunu vurğulayıb.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin