Sabiq millət vəkili Etibar Əliyev sosial şəbəkədə paylaşım edərək Qurban Qurbanovun oğlunun toyuna dair yayılan müzakirələrə münasibət bildirib.
Etibar Əliyev qeyd edib ki, sosial şəbəkələrdə bu mövzuda saysız-hesabsız paylaşımlar artıq bezdirici hal alıb:
“Kişi oğluna özünəməxsus, alqışlanası toy təşkil edib. Qardaşlar, bu qəhrəmanı rahat buraxın. Sabah Joze Saramaqonun ölkəsinin futbol klubu ilə mübarizə aparacaq, beyni sakit olmalıdır. Uğurlar, yenə də uğurlar. Bu gecəni yəqin ki, rahat yatmarıq…” – deyə o yazıb.
Sabiq millət vəkili həmçinin Qurban Qurbanova səmimi arzularını çatdıraraq, nəvələrinin də onun yolunu davam etdirməsini diləyib: “Çünki futbol elmdən daha çox mənfəət gətirir”.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da “Qarabağ” Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin