Şabalıdın qurumuş qabığını dolablara qoyduqda özünəməxsus, yumşaq bir qoxu yayır. Bu qoxu dolabda həşəratların çoxalmasının qarşısını alır. Paltarların arasında şabalıd saxlamaq illərdir bir çox ailədə “təbii həşərat əleyhinə” üsul kimi istifadə olunur.Şabalıdın digər faydası isə rütubəti çəkməsidir.Yenifikir.media bildir ki,şabalıd nəmi udur və xüsusilə ayaqqabı və yun paltarların saxlandığı yerlərdə rütubətin yaranmasına mane olur. Bu, dolabın içində təmiz və ətirli hava saxlanmasına da kömək edir.
İlk baxışda sadə görünən bu üsul həm praktik, həm də tamamilə təbii qoruyucu vasitə hesab olunur. Kimyəvi məhsullardan uzaq durmaq istəyənlər üçün şabalıd həm sadə, həm də zərərsiz seçimdir. Dolabınıza şabalıd qoyaraq bu köhnə, amma təsirli üsuldan yararlana bilərsiniz.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

