Səudiyyə Ərəbistanı XİN rəhbəri Faysal bin Ferhan və Çin XİN rəhbəri Wang Yi görüşərək diplomatik, xüsusi və xidmət pasport sahibləri üçün qarşılıqlı viza azadlığı haqqında razılığa gəliblər.Tərəflər iqtisadiyyat, ticarət, enerji və investisiya sahələrində əməkdaşlığı müzakirə edib və strateji tərəfdaşlıq münasibətlərindən razılıq bildiriblər. Görüşdə həmçinin regional və beynəlxalq təhlükəsizlik, sabitlik və rifahın gücləndirilməsi, Filistin məsələsində 1967 sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil dövlətin dəstəklənməsi vurğulanıb.

Tərəflər gələcək beynəlxalq tədbirlərdə, o cümlədən Expo 2030 və digər zirvələrdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir