Bakının Səbail rayonu, Mikayıl Useynov küçəsində yerləşən bir otelin restoranı piyada səkisini zəbt edib. Bu isə həmin ərazidəki məktəbin şagirdləri və valideynləri üçün əlavə problem yaradır. Belə ki, məktəbə gedən və məktəbdən qayıdanlar zəbt olunmuş səkidən istifadə edə bilmədikləri üçün məcburən avtomobil yoluna çıxmalı olurlar. Təəssüf ki, otel rəhbərliyi əlavə qazanc əldə etmək naminə uşaqların təhlükəsizliyini nəzərə almayıb. Məsələ ilə bağlı ARB televiziyası da ərazidə çəkiliş apararaq sakinlərin, valideynlərin və şagirdlərin haqlı narazılığını işıqlandırıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir