Gənclik illərində Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alan, Azərbaycan musiqisinin görkəmli nümayəndəsi Şövkət Ələkbərovanın sinfində sənətin incəliklərini mənimsəyən Şükufə Aslanova ötən gün Mingəçevir şəhərində yaşadığı mənzildə vəfat edib. Bu barədə Azərbaycan radiosunun rejissoru, tanınmış xanəndə Tahir Salmanov “Yenifikir.media”ya açıqlamasında məlumat verib.

Tahir Salmanov bildirib ki, ailə qurduqdan sonra səhnədən uzaqlaşan Şükufə Aslanova həyatının son illərində ağır sınaqlarla üzləşib. O, yeganə 15 yaşlı qız övladının qayğılarını təkbaşına qarşılayırdı.

Onun sözlərinə görə, vaxtilə “Qarabağ bülbülləri” ansamblında çıxış edən, daha sonra təhsilini Asəf Zeynallı adına Musiqi Kollecində davam etdirən sənətkarın böyük potensialı olub:
“Çox üzülürəm ki, ipək kimi səsə malik belə bir ifaçı öz istedadını tam şəkildə reallaşdıra bilmədi. Açığı, həyatın çətinlikləri buna imkan vermədi. Həm qrup yoldaşı, həm də bir sənət dostu kimi onu vaxtsız itirməyimiz bizi dərindən kədərləndirdi. Nə deyə bilərik… ruhu şad olsun”.

“Yenifikir.media” olaraq Şükufə Aslanovanın ailə üzvlərinə və tələbə yoldaşlarına dərin hüznlə başsağlığı veririk.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir