Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbir əvvəlcə 20 Yanvar faciəsi zamanı həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ombudsman Səbinə Əliyeva açılış nitqində 20 Yanvar faciəsini tariximizin facialı, eyni zamanda şərəfli və taleyüklü səhifələrindən biri olaraq qiymətləndirib. O bildirib ki, həmin hadisələr zamanı fundamental insan hüquqları və beynəlxalq hüququn əsas prinsipləri kütləvi şəkildə pozulub.
Səbinə Əliyeva qeyd edib ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. O, Moskvadakı Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanatla bu qanlı cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Ombudsman həmçinin vurğulayıb ki, həmin dövrdə beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti bu ağır cinayətə lazımi hüquqi-siyasi reaksiya göstərməyib, bu isə regionda sonrakı ağır cinayətlərin törədilməsinə zəmin yaradıb.
Tədbirdə 20 Yanvar faciəsinin şahidi Nazim Ələkbərov xatirələrini bölüşərək, həmin gecənin xalqımızın yaddaşında silinməz iz buraxdığını diqqətə çatdırıb.
Sonra Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Polad Cəfərzadə 20 Yanvar faciəsinin tarixi-siyasi əhəmiyyətindən danışaraq, şəhidlərin xatirəsinin daim uca tutulacağını vurğulayıblar. Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx da nümayiş olunub.
Yekunda Ombudsmanın 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanatı səsləndirilib, şəhidlərin xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı bir daha qeyd olunub.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir