Tanınmış jurnalist Səfiyar Müzəffər “Bakcell” və “Nar” operatorlarını sərt tənqid edib.Yenifikir.media olaraq həmin statusu olduğu kimi təqdim edirik:

Bu nə oyundur oynayırsınız?!

Bir nömrə ayda aktiv qalsın deyə 11-12 AZN balans məcbur edirsiniz! Yeni nömrə alırsan — 7-8 AZN-i zorla yüklətdirirlər, o da cəmi 14 günə sönür!

İndi də üstəlik bu “şans paketi” adıyla xəbərin olmadan paket qoşurlar! Bu nə xidmət oldu, nə də hörmət! Bu, açıq-aşkar cibə girməkdir!

İnsan öz nömrəsinin sahibi olmaya bilməz! Mən qoşulmamışamsa, niyə pul çıxırsan?!

Ay Bakcell, Nar müştəri sənin pul kisən deyil!
Xəbərsiz paket = etimadsızlıq!

Bu qədər basqı ilə yox, dürüstlüklə qazanın!

Paylaşın, hamı bilsin — sabah növbə kimin nömrəsinə çatacaq, bilinmir!

Müştərinin razılığı olmadan xidmətin qoşulması hüquq pozuntusudur. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 8-ci maddəsinə görə:

İstehlakçı göstərilən xidmət barədə tam, dəqiq və öncədən məlumat almalıdır.

Əgər xidmət icazəsiz aktivləşdirilibsə, müqavilə şərtlərinin birtərəfli dəyişdirilməsi sayılır, istehlakçıya gizli öhdəlik yükləmək hesab olunur, bu isə qanunla qadağandır.

Operatorun balansdan və ya kredit limitindən vəsait çıxarması yalnız müqavilədə göstərilən halda və ya müştərinin elektron təsdiqi olduqda mümkündür. Əks halda, bu həmin vəsaitin əsassız tutulmasıdır.Bu, Mülki Məcəllənin öhdəliklərlə bağlı müddəalarına ziddir.

Yenifikir.media olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir