Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusya ilə Türkiyə enerji sahəsində yaxın əməkdaşlıq edir və Akkuyu nüvə stansiyası bu əməkdaşlığın əsas layihəsidir.
Yenifikir.media xəbər verir ki, Zaxarova həmçinin liderlər, nazirliklər və parlamentlər arasında əlaqələrin aktiv şəkildə davam etdiyini vurğulayıb.
Ermənistan və Qəzza məsələsinə də toxunan Zaxarova deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması Cənubi Qafqazda sülh üçün vacibdir. İsrailin Qəzzəyə hücumları isə sivil əhaliyə zərər verir; atəşkəs və humanitar yardım təmin olunmalıdır.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin