Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas, ATƏT-in Vyana toplantısında Rusiyanı kəskin tənqid edərək Moskvaya “100 ildə 19 işğal” xatırlatması edib. O bildirdi ki, Rusiyanın sərhədləri zorla dəyişdirmə siyasəti davam edir və barış üçün geri addım atmalı olan tərəf məhz Rusiyadır.Yenifikir.media bildirir ki,Kallas Rusiyanın ATƏT prinsiplərini pozduğunu, Ukraynadakı müharibəni isə “mənasız və əsassız” adlandırıb. O, sülhün yeganə yolunun “Rusiyaya daha güclü təzyiq, Ukraynaya isə daha çox dəstək” olduğunu vurğulayıb.
Qeyd edək ki,AB rəsmisinin sərt çıxışından sonra Kremlin “19 ölkə” ittihamına cavab verilməyib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

