Rusiyanın müharibədə irəliləyiş əldə etməsi Qərbin Ukraynaya dəstəyinin artırılması zərurətini ortaya çıxarır. Rusiyanın Kuzmimovkanı ələ keçirməsi siyasi balansı əhəmiyyətli dərəcədə dəyişir və gərginliyi artırır. Gedişatdan aydın olur ki, bu cür davamiyyətlə sülh yaxud atəşkəs Ukraynanın kapitulyasiyası hesabına mümkün ola bilər. Bu da Ukrayna ilə yanaşı Avropanın da məğlubiyyəti deməkdir. Sülh prosesinə mənfi təsir göstərən bu kimi amillər iki yoldan birini mümkün edir. Ya Ukrayna hazırki vəziyyətlə bağlı məğlubiyyəti qəbul edərək sülhə gedir ya da Qərbin dəstəyi ilə müharibədə üstünlük əldə edənə qədər davam edir. Beynəlxalq ictimaiyyətin diqqəti hazırda Qəzza məsələsinə fokslanıb deyə Rusiya bundan məharətlə istifadə edir. Buna baxmayaraq Qərbin yeni və təsirli sanksiyalarının işə düşməsi labüddür. Ukrayna məsələsi ilə bağlı aparılan danışıqlarda bu hadisə Rusiyanın mövqeyini möhkəmləndirir. ABŞ-nin Ukraynaya kifayət etməyən dəstəyi və Avropanın təsirsiz köməyi Rusiyanı dayandırmağa kifayət etmir. Amma buna baxmayaraq Rusiyada da artıq vəziyyətin kritik həddə çatdığı hiss olunur. İqtisadiyyatın tənəzzülü, beynəlxalq aləmdə təziqlərin artması daxili narazılıqları artırır. Bu vəziyyətdən çıxış yolu kimi Rusiya Ukrayna yaşayış məntəqələrini işğal edərək üstünlüyünü göstərmək istəyir. BMT-nin ciddi qərar qəbul etməsi və beynəlxalq təşkilatların hərəkətə keçməsi vacibdir. Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı təsirli sanksiyaları baş tutmasa, ABŞ-nin Rusiyaya təziqləri artırılmasa Ukraynanın rəsmən məğlubiyyəti qaçılmaz ola bilər. Hesab edirəm ki, artıq Qərb ciddi addımlar atacaq.
Tural İrfan
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

