Rusiya Baş naziri Mixail Mişustin Hançjoudan sonra Pekinə gəlib. Pekində onu şərəf qarovulu və Rusiya-Çin bayraqları ilə qarşılayıblar. Daha əvvəl Hançjouda Mişustin Çin Baş naziri Li Çyan ilə iki ölkə hökumət başçılarının 30-cu görüşünü keçirib.
Baş nazirin Çin Prezidenti Si Cinpinn ilə görüşü planlaşdırılır. Görüşdə Rusiya-Çin münasibətləri müzakirə olunacaq.
Qeyd edək ki, Mişustinin Çin lideri ilə son görüşü 2023-cü ilin dekabrında baş tutub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

