Moskva ABŞ-ın Ukrayna ilə bağlı hazırladığı 28 maddəlik sülh planına ehtiyatlı şəkildə müsbət yanaşdığını açıqlayıb. Kremlin xarici siyasət müşaviri Yuriy Uşakov planın “əksər maddələrinin Moskva üçün məqbul” olduğunu bildirsə də, bütün bəndlərin qəbul edilmədiyini vurğulayıb.

Uşakovun sözlərinə görə, Rusiya ABŞ-la üzbəüz danışıqlara hazırdır, lakin hələlik Vaşinqtondan Moskvaya səfər və görüş formatı ilə bağlı rəsmi təklif daxil olmayıb. “Bəzi siqnallar var, amma konkretlik yoxdur,” – deyə o bildirib.

Kreml Avropa ölkələrinin təqdim etdiyi alternativ sülh planını isə tamamilə rədd edib. Uşakov həmin təklifin “konstruktiv olmadığını” və Moskvanın maraqlarına uyğun gəlmədiyini qeyd edib.

Beləliklə, Rusiya ABŞ planını gündəmdə saxlayır, lakin prosesin davamı üçün topun Vaşinqtonda olduğunu açıq şəkildə bildirir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir