Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüşün zəruri hazırlıqlar tamamlandıqdan sonra yaxın vaxtlarda keçirilməsi gözlənilir.

Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov, Almaniyanın müdafiə naziri Boris Pistoriusun “Rusiya və NATO arasında müharibə baş verə bilər” sualına da münasibət bildirib. O vurğulayıb ki, Avropada militarist ritorika getdikcə artır:

“Rusiyada NATO ilə qarşıdurmanı istəyən yoxdur. Lakin biz öz legitim maraqlarımızı təmin etmək üçün lazım olan bütün tədbirləri görməyə məcburuq.”

Peskov həmçinin Ukrayna ilə əsir mübadiləsi ilə bağlı mütəxəssis səviyyəsində danışıqların davam etdiyini açıqlayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir