Rusiyada avtomobillə bağlı bir sıra rüsumlar 1 sentyabrdan bahalaşacaq. Bu dəyişiklikləri prezident Vladimir Putin təsdiqləyib.
Avtomobilin texniki pasportunun (PTS) alınması üçün rüsum 800 rubldan 1200 rubla, dəyişiklik edilməsi isə 350 rubldan 525 rubla qalxacaq. Sürücülük vəsiqəsi almaq əvvəlkindən iki dəfə baha olacaq. Avtomobil nömrələrinin verilməsi isə 2000 əvəzinə 3000 rubla başa gələcək.
Qanuna əsasən, əcnəbilərin qeydiyyatı üçün 500 rubl, Rusiyada qalma müddətinin uzadılması üçün isə 1000 rubl ödəniləcək.
Qeyd edək ki, bundan əvvəl isə Putin qohumlara ev bağışlayarkən alınan rüsumun azaldılması ilə bağlı qanunu təsdiqləyib.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin