Polşa Baş naziri Donald Tusk NATO-nun Baş katibi Mark Rutteyə gecə saatlarında ölkənin hava məkanını pozan bir neçə PUA-nın məhv edilməsi barədə məlumat verib. Tusk bu barədə X hesabında yazıb.
“NATO-nun baş katibinə mövcud vəziyyət və hava məkanımızı pozan obyektlərə qarşı gördüyümüz tədbirlər barədə məlumat verdim. Daimi təmasdayıq”, – o bildirib.
Qeyd edək ki, sentyabrın 10-da səhər tezdən Polşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan PUA-ların müəyyən olunaraq məhv edildiyini açıqlayıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin