Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin NATO ölkələrinə hücum hazırlığında olduğu iddiaları “tamamilə absurddur”.Yenifikir.media bildirir ki, Peskov, Almaniya Baş naziri Fridirx Merzin “Putin keçmiş Sovet İttifaqını bərpa etmək istəyir” açıqlamasını da təkzib edib və bunu doğru saymayıb.
Avropa və NATO ölkələri isə 2022-ci ildən bəri Rusiyanın uzunmüddətli strateji hədəfləri barədə narahatlıqlarını ifadə edir. Qərb liderləri Rusiyanın Ukraynaya hücumunu keçmiş Sovet təsirini bərpa etmək cəhdi kimi görür.
Moskova isə bu iddiaları əsassız sayır və NATO-nun şərqə genişlənməsini təhlükə olaraq qiymətləndirir. Rusiya, Ukrayna müharibəsini də “zəruri müdafiə addımı” kimi izah edir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

