Rusiya Daxili İşlər Nazirliyi bildirib ki, 2023-cü ildən bəri 2 875 şəxsin vətəndaşlığı ləğv edilib. Nazirliyin sözçüsü İrina Volk açıqlayıb ki, bu qərar 28 aprel 2023-cü ildə qüvvəyə minmiş qanuna əsaslanır.
Qərarın əsas səbəbləri şəxslərin cinayət törətməsi və hərbi xidmət öhdəliyini yerinə yetirməməsidir. Volk qeyd edib ki, məqsəd təhlükəli şəxslərin Rusiya vətəndaşlığı almasının qarşısını almaqdır.
Eyni zamanda, bu il vətəndaşlığın ləğvinə səbəb olan cinayətlər siyahısı genişləndirilib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin