Rusiya Müdafiə Nazirliyi iddia edib ki, Kiyev 15 avqustda Alyaskada keçiriləcək Putin–Tramp görüşünü pozmaq üçün təxribat planlayır.
Yenifikir.xarici mətbuata istinadən xəbər verir ki 11 avqustda bir qrup xarici jurnalist “reportaj” bəhanəsi ilə Ukrayna kəşfiyyatı tərəfindən Xarkovun Çuquyev şəhərinə aparılıb. Nazirlik iddia edir ki, Ukrayna ordusu sammit ərəfəsində sıx yaşayış məntəqəsinə və ya xəstəxanaya PUA və raket hücumu edərək mülki itkilər yaradacaq, məsuliyyəti isə Rusiyaya yükləyəcək. Bənzər təxribatların başqa bölgələrdə də ola biləcəyi bildirilir.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin