31 avqustda Tyanjində rəsmi mərasimlə qarşılanan Rusiya prezidenti Vladimir Putin, Çin və Monqolustanın liderləri ilə Pekində yeddinci sammitdə görüşüb. Dörd gün davam edəcək sammitdə Putini Sergey Lavrov, Maksim Oreşkin, Yuri Uşakov, Dmitri Peskov, bir sıra nazirlər və iri şirkət rəhbərləri müşayiət edir.
Putin Si Cinpinin may ayında Moskvaya səfərinin uğurlu və simvolik əhəmiyyət daşıdığını vurğulayıb.
O, Moskva ilə Pekin arasında əməkdaşlığın güclənəcəyini, ticarət dövriyyəsinin rekord səviyyəyə çatdığını və hesablaşmaların əsasən milli valyutalarda aparıldığını qeyd edib.
Qeyd olunur ki, Putinin bu açıqlamaları Qərbin iddialarına cavab kimi qiymətləndirilib.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin