Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, BRICS heç vaxt üçüncü ölkələr və ya onların valyutalarına qarşı plan hazırlamayıb. Bu, üzv dövlətlərin əsas prinsiplərindən biridir.
Əvvəllər ABŞ Prezidenti Donald Tramp BRICS üzv ölkələrinin ABŞ rüsumlarından qorxaraq birliyi tərk etdiyini iddia etmiş və dolları hədəf alan təşəbbüslərə görə təhdid etmişdi.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə BRICS ölkələrinin təşəbbüslərini davam etdirməyin vacib olduğunu söyləyib.
Qeyd edək ki ,sentyabrda keçirilən fövqəladə onlayn sammitdə Trampın ticarət siyasəti də müzakirə olunub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

