Sentyabrın 10-da səhəri saatlarında Polşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatlarının (PUA) müəyyən edilərək məhv edildiyini açıqlayıb. PUA-ların Rusiyaya məxsus olduğu iddia olunur.

Tanınmış siyasi şərhçi Azər Həsrət məsələ ilə bağlı Yenifikir.media-ya açıqlamasında bildirib ki, Rusiyanın həddini aşaraq hətta Polşaya hücum etməsi artıq onunla bağlı daha sərt tədbirlərin görülməsini zəruri edir. O qeyd edib ki, Polşa rəhbərliyinin NATO-ya müraciətindən sonra təşkilat rəhbərliyi də ümumi qərarını elan edəcək və Rusiyaya yeri və həddi göstəriləcək. Bundan sonra belə addımlar atacağı təqdirdə nəticələrə özü cavab verməli olacaq.

Azər Həsrət əlavə edib ki, NATO-nun nizamnaməsinə əsasən, bir üzv dövlətə edilən hücum bütün üzvlərə hücum deməkdir. Belə şəraitdə bütün NATO ölkələri ya Rusiyaya qarşı müharibəyə başlamalı, ya da birlikdə adekvat cavab verməlidirlər. Bu, yalnız Polşanın deyil, bütövlükdə NATO-nun məsələsidir.

O vurğulayıb ki, Rusiya bu səhvi etməməli idi və bu ilk dəfə deyil. Nəticələrinə də qatlanmalı olacaq. Hazırda NATO-nun verəcəyi qərar və atacağı addımlar bütün dünyada maraqla izlənilir və fikrincə, Rusiya böyük bir səhv etdiyini elə bu gün anlayacaq.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir