Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən dərhal sonra, Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı başlanan kütləvi informasiya kampaniyası ilə bağlı açıqlama yayıb. Komissiyanın məlumatına görə, avqustun 27-də Prezident İlham Əliyevin müsahibəsi yayılandan sonra dərhal Rusiya tərəfdən informasiya hücumuna start verilib.

Tanınmış siyasi şərhçi Azər Həsrət yenifikir.media-ya açıqlamasında bildirib ki, təəssüflər olsun ki, Rusiya hakimiyyəti, dövlətin başında duranlar da daxil olmaqla, anti-Azərbaycan kampaniyasını dayandırmağa meyilli görünmür; onlar hər fürsətdə Azərbaycana böhtan atmaq və Azərbaycanla bağlı kampaniyalar aparmaq əzmindədirlər.

Azər Həsrət əlavə edib ki, bu vəziyyət bir daha göstərir ki, Rusiya tərəfi Azərbaycanla imzaladığı sənədlərə sadiq deyil və dinc qonşuluq münasibətlərinə diqqət yetirmək istəmir. Ümumiyyətlə, Rusiya Azərbaycanla normal dövlətlərarası münasibətlərin bərqərar olmasında maraqlı deyil.

O vurğulayıb ki, bütün bunlara verəcək cavabımız həmişə olub və olacaq; lakin təəssüfləndirici hal odur ki, biz enerjimizi başqa və daha faydalı işlərə sərf etməli olduğumuz halda, Rusiyanın bu anti-Azərbaycan kampaniyasına cavab vermək məcburiyyətində qalırıq. Bu isə Rusiyanın öz mahiyyətini bir daha nümayiş etdirməsi deməkdir; həm bizi, həm də bütün dünyanı əmin edir ki, bu dövlət islah olunmayacaq və düzəlməyəcək. Bu dövlət həm qonşularına, həm də dünyanın hər tərəfinə problemlər yaratmağa davam edəcək və hər kəs üçün bəla olmağa israrlıdır. Təbiidir ki, biz də dünyanın mütərəqqi xalqları ilə əl-ələ verərək mübarizə aparmaq məcburiyyətində qalacağıq.

Azər Həsrət qeyd edib ki, Rusiya həddən artıq sərt mövqedən çıxış edir; lakin sirkə nə qədər tünd olsa, öz qabını çatdadar. Yəni, Rusiya artıq dünyaya diktə edə biləcək durumda olan bir dövlət deyil; bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Bu baxımdan, Rusiya tərəfindən aparılan kampaniyaları nə qədər tez dayandırsalar, bir o qədər onların xeyrinə olar.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir