Almaniya kansleri Fridrix Mers mətbuata açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putin uzun müddətdir sərhədləri sınaqdan keçirir və ölkənin azadlığı real təhdid altındadır. Yeni proteksionizm Almaniyanın iqtisadi modelinə təzyiq göstərir, lakin hökumət həm azadlığı qoruyacaq, həm də rifahı təmin edəcək.
Yenifikir.media bildirir ki, Kansler həmçinin Ukrayna müharibəsinə də toxunaraq vurğulayıb ki, Rusiyanın hərəkətləri Avropa və NATO üçün ciddi təsir yaradır və Ukraynanın siyasi suverenliyindən güzəşt edilməməlidir.
Mers Rusiyanın Alman cəmiyyətini qarışdırmağa çalışdığını, sabotaj, casusluq və qətllərlə təhdid yaratdığını deyib və hökumətin buna imkan verməyəcəyini açıqlayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin