Rus jurnalisti Aleksandr Yunashev Telegram kanalında Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın görüşünün açıq hissəsinə giriş imkanı verən “seçilmişlər üçün” mətbuat kartının fotosunu paylaşıb.
Yunashev qeyd edib ki, ümumilikdə mətbuatdan çox sayda jurnalist iştirak etsə də (təkcə rusiyadan 50-dən çox), belə kartları yalnız seçilmişlər əldə edib.
Jurnalist bildirib ki, iki liderin tarixi görüşündən əvvəl həyəcanlanmır və həmçinin Rusiya XİN başçısı Sergey Lavrovun “qorxu hissini tanımır” şakasını xatırladıb.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin