Estoniya Xarici İşlər Nazirliyi, Tallinndəki Rusiya səfirliyinin birinci katibini istənməyən şəxs elan edərək ölkəni tərk etməsini tələb edib. Nazirlik, diplomatı Estoniyanın daxili işlərinə müdaxilə və sanksiyaları pozmaqda ittiham edib.

Xarici işlər naziri Margus Tsahkna bildirib ki, diplomat Estoniya konstitusiya quruluşuna və cəmiyyətin birliyinə zərər vurduğu üçün bu qərar qəbul edilib. Nazirlik, həmçinin bir Estoniya vətəndaşının da cinayətkar hesab olunduğunu açıqlayıb.

Moskva, deportasiya qərarına cavab olaraq qarşı tədbirlər görəcəyini bəyan edib. Estoniya–Rusiya münasibətləri 1991-ci ildən gərgindir və 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra daha da pisləşib.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir