Rumıniyanın sabiq prezidenti İon İliesku bu gün 95 yaşında vəfat edib.525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rumıniya hökuməti rəsmi məlumat yayıb.İliesku müalicə aldığı Professor Aqrippo İonesku adına xəstəxanada dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır.
Qeyd edək ki, İon İliesku ayrı-ayrılıqda 3 dəfə – 1989-1992, 1992-1996 və 2000-2004-cü illərdə Rumıniya dövlətinə başçılıq edib.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin