İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Türkmənistanın Aşqabad şəhərində SPECA həftəsi çərçivəsində keçirilən Rəhbər Şuranın 20-ci və Çoxtərəfli Etimad Fondunun 2-ci iclasında iştirak edib.İclaslarda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa verdiyi önəm vurğulanıb, nəqliyyat-tranzit, ticarət, enerji, investisiya və rəqəmsallaşma sahələrində tərəfdaşlığın regional inkişaf üçün prioritet olduğu bildirilib. Orta Dəhlizin inkişafı və birgə investisiya fondları da diqqətə çatdırılıb.SPECA İqtisadi Forumunun yekun sənədi təsdiq olunub, 2024–2025-ci illər üzrə iş planının icra vəziyyəti müzakirə edilib, 2026–2027-ci illər üçün yeni iş planı qəbul olunub. Növbəti sədr ölkə Qırğız Respublikası seçilib.Eyni zamanda, SPECA Çoxtərəfli Etimad Fondunun fəaliyyəti və maliyyələşdirmə strategiyası müzakirə olunub, fondun ilk Təkliflər Çağırışı təsdiqlənib.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir