İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Türkiyənin İstanbul şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) kommersiya və xarici ticarət nazirlərinin 5-ci iclasında iştirak edib. İclasda üzv ölkələr arasında ticarət, investisiya və sənaye əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.

Röv­nəq Abdullayev ölkəmizdəki əlverişli investisiya mühiti, rəqəmsal ticarətin təşviqi, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi və yeni ticarət marşrutlarının formalaşdırılması istiqamətində görülən işləri iştirakçılara təqdim edib. İƏT regionunda ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və biznes dairələri arasında əməkdaşlığın möhkəmləndirilməsi vurğulanıb.

İclas çərçivəsində İstanbul Bəyannaməsi və İƏT-in Ticarətin Asanlaşdırılması Strategiyası qəbul olunub, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması, həmçinin məlumat mübadiləsinin təşviqi kimi məsələlər müzakirə edilib.

Səfər zamanı Rövnəq Abdullayev həmçinin, Türkiyə Ticarət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə keçirilən 11-ci Dünya Halal Sammiti və 10-cu “Halal Expo 2025” Beynəlxalq Ticarət Sərgisində iştirak edib, Azərbaycanın sərgidəki stendi ilə tanış olub.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir