Dünyanın ən zəngin ailələrindən biri olan Roşfild ailəsi qlobal media və informasiya şirkəti “The Economist” dəki bütün səhmlərini satışa çıxarmağa qərar verib.Yenifikir.media bildirir ki, Roşfild ailəsi 1843-cü ildə yaradılmış “The Economist”də 26,7% paya sahibdir. Bu payın təxminən 20%-i səs hüququ verən səhmlərdən ibarətdir.
“The Economist”in ən böyük səhmdarları arasında İtalyan Agnelli ailəsinə məxsus “Exor” investisiya şirkəti də yer alır. ” “Exor”un şirkətdəki payı təxminən 43,4%-dir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin