Səudiyyə Ərəbistanının “Al Nassr” klubunda çıxış edən 40 yaşlı ulduz futbolçu Kriştiano Ronaldo yaxın zamanda futbolu buraxacağını açıqlayıb.
“Özümü yaxşı hiss edirəm, amma bir-iki ildən sonra futbolla vidalaşacam,” –
deyə Ronaldo bildirib.
Portuqaliyalı hücumçu 2026-cı ildə keçiriləcək Dünya Çempionatının da onun son turniri olacağını deyib:
“41 yaşım olacaq, artıq kifayət qədər oynamışam. İndi sadəcə anın dadını çıxarıram.”
Ronaldo çıxışında Səudiyyə Ərəbistanı barədə də danışıb:
“Liqa son illərdə sürətlə inkişaf edir. Özümü artıq bir səudiyəli kimi hiss edirəm.”
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

