Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) çərçivəsində Çin paytaxtı Pekində keçirilən sammit zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında tarixi görüş baş tutub.

Tanınmış siyasi şərhçi Rauf Zeyni Yenifikir.media-ya açıqlamasında bildirib ki, ŞƏT sammiti ərəfəsində İlham Əliyev və Paşinyanın görüşü Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinə mühüm təsir göstərə bilər. Onun sözlərinə görə, səkkiz avqust ABŞ görüşündən sonra, tarixi sülh sazişi imzalanandan sonra, o cümlədən ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əməkdaşlıq memorandumu paraflanandan sonra tərəflər bütün beynəlxalq platformalardan istifadə etməli, müəyyən yaxınlaşma yaratmalı, etimad platformalarını formalaşdırmalı və əməkdaşlığı inkişaf etdirməlidirlər.

Rauf Zeyni vurğulayıb ki, sülh sazişi imzalanana qədər müvafiq görüşlər keçirilməli, sülh sazişi imzalandıqdan sonra isə əlaqələrin bərpası və tədricən genişləndirilməsi istiqamətində addımlar atılmalı, görüşlər davam etməlidir. O əlavə edib ki, addım-addım həm Azərbaycan və Ermənistan arasında, həm də regionda ümumilikdə sülh, sabitlik və inkişaf mühitinin yaradılması və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılmalıdır. Bu region həm bu gün, həm də gələcəkdə sülh, əməkdaşlıq və inkişaf regionuna çevrilməlidir.

Ülkər Tahirqızı 

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir