Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şabranda vətəndaş qəbulu keçirəcək. Dini qurumdan verilən məlumata görə, qəbul sentyabrın 15-də baş tutacaq.
Qəbulda Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Dövlət Komitəsindən bildirilib ki, qəbul saat 11:00-da Şabran rayon Heydər Əliyev Mərkəzində (ünvan: Şabran şəhəri, Heydər Əliyev prospekti, 60 A) keçiriləcək.
Qeyd edilib ki, qəbula gəlmək istəyən vətəndaşlar Quba-Xaçmaz regional bölməsinə (050) 689 07 26, (023) 336 22 70, chairman@scara.gov.az, dk-quba@scara.gov.az) müraciət edə bilərlər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

