Mətbuat Şurasının sədri Rəşad Məcid Facebook hesabında Xalq artisti Rasim Balayevin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O qeyd edib ki, tanınmış sənət adamları və mədəniyyət xadimləri haqqında, xüsusilə də onların səhhəti ilə bağlı dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməsi həm həmin şəxslərin, həm də yaxınlarının psixologiyasına mənfi təsir göstərir.

“İndi də sevimli Xalq artistimiz, Azərbaycan kinosunun canlı klassiklərindən biri Rasim Balayevin guya xəstəxanaya yerləşdirilməsi barədə həqiqətdən uzaq xəbər yayıldığının şahidi olduq. Rasim müəllim sadəcə ayağındakı problemə görə fizioterapiya kursu keçir və vəziyyəti yaxşıdır, narahatlığa əsas yoxdur”, – deyə Rəşad Məcid bildirib.

O, media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bu tip xəbərləri yayarkən daha həssas davranmağa çağırıb:

“Əgər belə məlumatlar qəsdən, qərəzli şəkildə yayılırsa, bunun heç bir bəraəti yoxdur. İnsan olaq!”

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir