İsveçrənin Davos şəhərində keçirilən mərasimlə Qəzza sülh şurası rəsmi fəaliyyətə başlayıb. Türkiyəni bu tədbirdə Xarici İşlər Naziri Hakan Fidan təmsil edib. ABŞ Prezidenti Donald Trump çıxışında sülh şurasının məqsədini Qəzzada atəşkəsi təmin etmək, silahsızlanmanı həyata keçirmək və humanitar yardımları artırmaq olaraq açıqlayıb.ABŞ Dövlət Katibi Marko Rubio isə sülh şurasını sadəcə məsləhət orqanı deyil, konkret tədbirlər həyata keçirəcək fəaliyyət platforması kimi təqdim edib.Qeyd edək ki,Sülh şurasına bir çox ölkə qoşulub və tədbirin əsas məqsədi Orta Şərqdə davamlı sülhün təmin edilməsidir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

