BMT-nin 80 illiyi münasibətilə keçirilən Baş Assambleya toplantısında Baş Katib Antonio Quterres bildirib ki, BMT-nin qurucuları İkinci Dünya Müharibəsinin dərslərini nəzərə alaraq fövqəladə bir təşkilat yaradıb. Quterres vurğulayıb: “BMT-ni sadəcə qorumaq kifayət deyil, onu gücləndirməliyik. İrəliləyişin yolu yalnız birlikdə olmaqdan keçir.”
O həmçinin qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri geriləyir, yoxsulluq və aclıq artır, dünya iqlim böhranı ilə mübarizə aparır və çoxqütblü bir dünyaya doğru irəliləyir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin