Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Quba və ətraf rayonlarda vətəndaş qəbulları keçirib. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Quba Dövlət Aqrar İnkişaf Mərkəzində vətəndaşların ərizə və şikayətlərini dinləyib, subsidiyalar, kənd təsərrüfatı kreditləri, lizinq yolu ilə texnika alışı və digər məsələlərə baxıb.

Qəbul zamanı bir qismi müraciətlər yerindəcə həll olunub, digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. AKİA sədri dövlət başçısının imzaladığı sərəncamların kənd təsərrüfatının inkişafına və fermerlərin rifah halının yaxşılaşmasına təkan verdiyini vurğulayıb.

Fermerlərə yeni subsidiya mexanizmləri, aqrar kredit və mikrokreditlər, eləcə də texnika və avadanlıqlara dövlət güzəştləri barədə geniş məlumat verilib. Qəbuldan sonra Yalçın Camalov Pirvahid və Küçeyi kəndlərində fermer təsərrüfatlarını ziyarət edib, dövlət dəstəyi mexanizmləri ilə bağlı fikir mübadiləsi aparıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir