Dünyada iqlim böhranı və qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin artacağı proqnozlaşdırılır. Alimlərə görə, bu proses növbəti 100 il ərzində bəzi şəhərlərin tamamilə sular altında qalmasına səbəb olacaq.

Yenifikir.media Swiftest şirkətinin həmtəsisçisi Metyu H. Neş tərəfindən aparılan araşdırmada dəniz səviyyəsindəki qalxma və daşqınların dünyada 37 şəhəri yaşanmaz hala gətirəcəyi bildirilib.

Tədqiqata əsasən, 2100-cü ilə qədər bu şəhərlərin böyük hissəsi xəritədən silinə şbilər. Siyahıya Türkiyədən İzmir və İstanbul da daxildir.

Araşdırmada vurğulanıb ki, bir çox sahil şəhəri hələ də effektiv qoruma planına malik deyil. Bəzi ölkələr dəniz sədləri və daşqınlara qarşı müdafiə layihələri həyata keçirsə də, infrastruktur çatışmazlığı səbəbindən risk ildən-ilə artır.

Sular altında qalacağı bildirilən şəhərlərdən bəziləri:

1. Vankuver – Kanada
2. Dubay – Birləşmiş Ərəb Əmirlikləri
3. Lissabon – Portuqaliya
4. Boston – ABŞ
5. Sidney – Avstraliya
6. İsgəndəriyyə – Misir
7. Mayami – ABŞ
8. San-Fransisko – ABŞ
9. Ho Şi Min – Vyetnam
10. Dəkkə – Banqladeş
11. London – Böyük Britaniya
12. Cakarta – İndoneziya
13. Banqkok – Tayland
14. Kalküta – Hindistan
15. İzmir – Türkiyə
16. İstanbul – Türkiyə
17. Osaka – Yaponiya
18. Nyu-York – ABŞ
19. Mumbay – Hindistan
20. Tokio – Yaponiya

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir